YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Partiya veteranın yubileyi qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Yardımlı rayon təşkilatında partiya fəalı, uzun illər Allar ərazi partiya təşkilatının sədri olmuş Caniyev Mirzəağa Zəki oğlunun 65 illik yubileyi münasibətilə görüş keçirilib.

YAP Yardımlı rayon təşkilatının sədri Anar Alışov yubilyarı təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür arzulayıb. O qeyd edib ki, Mirzəağa Caniyev uzun illər partiya ideyalarının təbliği və ictimai fəaliyyətin gücləndirilməsi istiqamətində mühüm töhfələr verib.

Mirzəağa Caniyev göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib, Yeni Azərbaycan Partiyası sıralarında təmsil olunmasının onun  üçün böyük qürur olduğunu söyləyib.