YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

"Ümummilli Liderin müəyyənləşdirdiyi strateji inkişaf kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir"

Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatı tərəfindən Musaküçə ərazi partiya təşkilatında partiya fəalları ilə görüş keçirilib.

Tədbir Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Görüşdə çıxış edən YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Musaküçə ərazi partiya təşkilatının sədri Surac Şahverdiyev, partiya fəalları Əliməmməd Dadaşov və Azad Şahverdiyev Ulu Öndər Heydər Əliyevin müasir və suveren Azərbaycanın qurulması, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və ölkənin hərtərəfli inkişafı istiqamətində həyata keçirdiyi misilsiz fəaliyyətindən danışıblar. Bildirilib ki, Ümummilli Liderin müəyyənləşdirdiyi strateji inkişaf kursu bu gün Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun şəkildə uğurla davam etdirilir.

Heydər Əliyevin siyasi fəaliyyətinin əsas istiqamətlərindən biri Azərbaycanın ərazi bütövlüyünün bərpası ideyası olub. Bu gün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbə nəticəsində ölkəmizin suverenliyi tam bərpa edilib. Bu möhtəşəm nailiyyət Ulu Öndərin müəyyənləşdirdiyi siyasi xəttin və milli ideyaların təntənəsi kimi qiymətləndirilib.