YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Samuxda partiya veteranı ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatı tərəfindən uzun illər rayon təşkilatının ictimai-siyasi həyatında fəallıq göstərmiş partiya veteranı Nəsibov İsrəfil Bəhlul oğlunun 75 illik  yubileyi münasibətilə görüş keçirilib.

YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov yubilyarı təbrik edərək ona  möhkəm cansağlığı, uzun ömür arzulayıb. O, partiya veteranlarının Ümummilli Lider Heydər Əliyev ideyalarının və zəngin dövlətçilik irsinin gənc nəslə aşılanması, prezident İlham Əliyevin siyasətinin təbliği istiqamətində səmərəli fəaliyyəti ilə fərqləndiklərini qeyd edib.

Yubilyar göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib, Yeni Azərbaycan Partiyası sıralarında təmsil olunmasının və uzun illər partiyanın təbliğatındakı fəaliyyətinin onun  üçün böyük qürur olduğunu söyləyib.