Xəbərlər
“Ulu Öndər Heydər Əliyevin quruculuq siyasəti - müasir şəhərsalmanın etibarlı təməli”
Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatı və Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə “Ulu Öndər Heydər Əliyevin quruculuq siyasəti - müasir şəhərsalmanın etibarlı təməli” mövzusunda tədbir keçirilib.
Tədbirdə YAP Tərtər rayon təşkilatının əməkdaşı Gündüz Alıkişiyev və Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin kollektivi iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Tərtər rayon təşkilatının məsləhətçisi Gündüz Alıkişiyev, Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Murad Zeynalov və digərləri şəhərsalma mədəniyyətinin cəmiyyətin inkişafındakı mühüm rolundan bəhs ediblər. Bildirilib ki, hər bir xalqın tərəqqisi onun yaratdığı yaşayış məkanlarında öz əksini tapır və Azərbaycanda müasir şəhərsalma və memarlıq siyasətinin möhkəm təməli məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Qeyd olunub ki, Ulu Öndər ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə şəhərlərin planlı inkişafını, tarixi-mədəni irsin qorunmasını, yeni yaşayış məntəqələrinin salınmasını və sosial infrastrukturun genişləndirilməsini dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib. Bu strateji inkişaf kursu bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirilir.
