YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Sədərək rayon təşkilatının yeni təyin olunmuş sədri ictimaiyyətə təqdim edilib

Yeni Azərbaycan Partiyası (YAP) Sədərək rayon təşkilatının yeni təyin olunmuş sədri Vüsalə Əliyeva ictimaiyyətə təqdim edilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə tər güllər düzülüb.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbirdə çıxış edən Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Pərviz Ağayev, YAP Sədərək rayon təşkilatının sabiq sədri Arif Qasımov, partiya veteranları Hümbət Rzayev və Vəfa Həsənova partiyanın ötən müddət ərzində keçdiyi zəngin və şərəfli inkişaf yoluna nəzər salıblar. Qeyd olunub ki, bu gün dünyada müstəqil, güclü və qalib ölkə kimi tanınan Azərbaycanın əldə etdiyi tarixi uğurlarda ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının da mühüm rolu var. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edən YAP qələbələr partiyası kimi fəaliyyətini uğurla davam etdirir.

Sonra partiyanın Sədərək rayon təşkilatının sədri Vüsalə Əliyeva ictimaiyyətə təqdim edilib və onun fəaliyyəti haqqında ətraflı məlumat verilib.

YAP Sədərək rayon təşkilatının sədri Vüsalə Əliyeva çıxış edərək göstərilən etimada görə Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə minnətdarlığını bildirib, üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə və məsuliyyətlə gələcəyini deyib.