Xəbərlər
“14 iyul 1969-cu il - Azərbaycanın inkişaf yolunun başlanğıcı”
Yeni Azərbaycan Partiyası (YAP) Beyləqan rayon təşkilatının Dünyamalılar kənd ərazi partiya təşkilatında “14 iyul 1969-cu il - Azərbaycanın inkişaf yolunun başlanğıcı” mövzusunda tədbir keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən YAP Beyləqan rayon təşkilatının sədr müavini Niyaməddin Əsgərov, Dünyamalılar kənd ərazi partiya təşkilatının sədri Mübariz Cəfərov, partiya üzvləri Leyla Hüseynova və Nüsrət Həsənov 14 iyul 1969-cu ilin Azərbaycanın müasir tarixində mühüm dönüş mərhələsi olduğunu bildiriblər. Qeyd olunub ki, həmin tarixdən başlayaraq Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkədə genişmiqyaslı islahatlar həyata keçirilib, respublikanın iqtisadi, siyasi və sosial inkişafının möhkəm təməli qoyulub.
Vurğulanıb ki, bu gün Ümummilli Liderin müəyyənləşdirdiyi siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilib. Ölkəmiz bütün sahələrdə mühüm nailiyyətlər əldə edib, regionun lider dövlətinə çevrilib, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilib və “Böyük Qayıdış” proqramı uğurla icra olunub
