YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nizami rayon təşkilatında görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatında bu ilin oktyabr ayında Türkiyə Respublikasının Adana şəhərində keçirilmiş “Teknofest 2024” yarışının qaliblərindən olan 272 saylı tam orta məktəbin şagirdi Jalə Muradlı ilə görüş keçirilib.

YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov Jalə Muradlını uğur qazanması münasibətilə təbrik edib, texnoloji inkişafın ölkəmizin və cəmiyyətimizin gələcəyi üçün əhəmiyyətindən danışıb.

Sonra Türkiyə Respublikasında keçirilmiş “Texnofest 2024” festivalında ölkəmizi layiqincə təmsil etdiyi və qalib olduğu üçün Jalə Muradlıya YAP Nizami rayon təşkilatı tərəfindən təşəkkürnamə və xatirə hədiyyəsi təqdim olunub.

Qeyd edək ki, 15 yaşlı Jalə Muradlının yer aldığı komanda “Psixologiyada texnoloji uyğulamalar” kateqoriyasi üzrə birinci olub. Qaliblərə mükafatları Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan təqdim edib.