YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Masallı rayon təşkilatı tədbir keçirib

Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatı 2025-ci ilin yekunu və 2026-cı ildə qarşıda duran vəzifələr ilə əlaqədar ərazi partiya təşkilat sədrlərinin iştirakı ilə tədbir keçirib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev qeyd edib ki, müasir Azərbaycanın qüdrətli dövlət kimi formalaşması, milli maraqların qorunması və ölkəmizin inkişaf strategiyasının müəyyənləşdirilməsi Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin bəhrəsidir. Onun yaratdığı möhkəm təməl üzərində bu gün ölkəmiz daha da uğurla irəliləyir, yeni nailiyyətlər qazanır. Ulu Öndərin siyasi xəttini böyük uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin qətiyyətli rəhbərliyi sayəsində respublikamızda davamlı inkişaf, yeniləşmə və rifah mühiti formalaşıb. Bu siyasət nəticəsində Azərbaycan iqtisadi cəhətdən daha güclü, sosial baxımdan daha dayanıqlı dövlətə, beynəlxalq arenada söz sahibinə çevrilib. Bu gün ölkəmizin hər bir bölgəsində genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır, vətəndaşlarımızın sosial rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Dövlətimizin hər bir sahədə əldə etdiyi nailiyyətlərdə, beynəlxalq mövqeyinin güclənməsində, Azərbaycanın dünyada nüfuzlu və etibarlı tərəfdaş kimi tanınmasında Yeni Azərbaycan Partiyasının xüsusi rolu var.

Daha sonra Seyfəddin Əliyev 2025-ci ildə rayon təşkilatının fəaliyyətinin Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının tövsiyə və tapşırıqlarına uyğun şəkildə təşkil edildiyini deyib, il ərzində keçirilən və 2026-cı ildə təşkil edilməsi nəzərdə tutulan tədbirlər barədə danışıb.  

Müşavirədə Mahmudavar ərazi partiya təşkilatının sədri Xanım Əliyeva, Təklə ərazi partiya təşkilatının sədri Elşən Bəşirzadə, Kolatan ərazi partiya təşkilatının sədri Rauf Cəbiyev, Babaser ərazi partiya təşkilatının sədri Nərgiz Məmmədova və digərlərinin hesabatları dinlənilib.  

Çıxışlardan sonra partiya işində fəal iştirakına görə bir qrup YAP üzvünə fəxri fərman və hədiyyələr verilib.