YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP hər zaman təşəbbüskarlığı ilə seçilib

Hakim partiya olaraq Yeni Azərbaycan Partiyası (YAP) hər zaman təşəbbüskarlığı ilə seçilib. Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən bütün təşəbbüslər ölkəmizin hüquqi inkişafı, dövlətçiliyin möhkəmlənməsinə xidmət edir. Parlament seçkilərinin önə çəkilməsi ilə bağlı təşəbbüs də bu qəbildəndir.

Bu fikirləri Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, politoloq Asif Əsgərli bildirib.

A.Əsgərli deyib ki, indiki məqamda Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi mühüm əhəmiyyət kəsb edir: “Çünki noyabr ayında Azərbaycanda COP29 və digər beynəlxalq tədbirlər keçiriləcək. Bu baxımdan noyabr ayına kimi yeni parlamentin formalaşdırılması zəruridir. Ərazi bütövlüyü və suverenliyini tam bərpa edən Azərbaycanda fevral ayında prezident seçkiləri keçirildi. Sıra Milli Məclisə keçiriləcək seçkilərdədir”.

YAP İH-nin üzvü bildirib ki, Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Prezidenti İlham Əliyevə növbədənkənar Parlament seçkilərinin keçirilməsi ilə əlaqədar müraciətdə qeyd edilib ki, “COP29-a hazırlıq işlərinin görülməsi və həmin tədbirin keçirilməsi ilə əlaqədar ölkədə infrastruktur, nəqliyyat, habelə təhlükəsizlik və digər sahələrdə müəyyən məhdudiyyətlərin tətbiq olunması qaçılmazdır. Bu baxımdan Azərbaycan Respublikasının ictimai-siyasi həyatında böyük əhəmiyyət kəsb edən parlament seçkilərinin demokratik prinsiplərə uyğun olaraq şəffaflığı və rəqabətliliyi təmin etməklə yüksək səviyyədə təşkil olunması, habelə vətəndaşların seçkiqabağı kütləvi tədbirlərdə və seçkilərdə maneəsiz iştirakının, səsvermədə öz iradəsini azad və sərbəst ifadə etməsinin təmin olunması dövlətin əsas vəzifələrindən biridir”. Müraciətdə deputatların mütləq əksəriyyətinin növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı mövqeyi nəzərə alınaraq bildirilib ki, parlament seçkilərinin seçki qanunvericiliyinə uyğun keçirilməsi və Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan Respublikası Konstitusiyasının 94-cü və 95-ci maddələrində nəzərdə tutulmuş vəzifələrini tam icra edə bilməsi üçün növbədənkənar parlament seçkilərinin keçirilməsi zəruridir.

Azərbaycan xalqı 2024-cü ildə keçirilmiş Prezident seçkilərində olduğu kimi, növbəti parlament seçkilərində də milli birlik və həmrəyliyini nümayiş etdirəcək. İnanırıq ki, növbəti parlamanet seçkilərinin keçirilməsinin Azərbaycanın hüquq dövlət quruculuğunun inkişafı üçün mühüm töhfə olacaq”.

DİGƏR Xəbərlər Arxiv