Xəbərlər
Azərbaycan-Almaniya: münasibətlər yeni mərhələyə qədəm qoyur
Malik Mirzəyev
YAP Lerik rayon təşkilatının sədri
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasına rəsmi səfəri Azərbaycan-Almaniya münasibətlərinin inkişafında mühüm siyasi hadisədir. Bu səfər iki ölkə arasında mövcud olan dostluq və tərəfdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi, yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi və qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi baxımından xüsusi əhəmiyyət daşıyır. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər və imzalanan sənədlər Azərbaycan ilə Almaniya arasında münasibətlərin strateji xarakterini daha da gücləndirir.
Səfərin mühüm istiqamətlərindən biri iqtisadi əməkdaşlığın inkişaf etdirilməsidir. Almaniya dünyanın qabaqcıl iqtisadiyyatlarından biri olaraq yüksək texnologiyalar, sənaye, maşınqayırma, rəqəmsal inkişaf və innovasiya sahələrində böyük təcrübəyə malikdir.Azərbaycan üçün Almaniya ilə iqtisadi tərəfdaşlığın genişləndirilməsi qeyri-neft sektorunun inkişafı, yeni investisiyaların cəlb olunması və müasir texnologiyaların ölkəyə gətirilməsi baxımından böyük əhəmiyyət daşıyır.Səfər zamanı biznes əlaqələrinin gücləndirilməsi, özəl sektorlar arasında əməkdaşlığın artırılması və yeni investisiya imkanlarının yaradılması məsələləri də diqqət mərkəzində olub.
Azərbaycan və Almaniya arasında münasibətlər qarşılıqlı maraqlar üzərində qurulan çoxşaxəli əməkdaşlıq modeli ilə xarakterizə olunur. Dövlətlərarası əlaqələrdə siyasi, iqtisadi, enerji, nəqliyyat, humanitar və digər istiqamətlərdə həyata keçirilən birgə layihələr mühüm yer tutur. Yüksək səviyyəli görüşlər zamanı tərəflər mövcud əməkdaşlıq imkanlarını qiymətləndirərək gələcək inkişaf perspektivlərini müzakirə edirlər.Azərbaycan və Almaniya arasında diplomatik əlaqələr uzun illər ərzində müxtəlif sahələr üzrə inkişaf edib. Almaniya Avropanın aparıcı dövlətlərindən biri kimi Azərbaycanın Avropa ilə əlaqələrinin genişlənməsində mühüm tərəfdaşlardan biridir. Azərbaycan isə öz növbəsində Cənubi Qafqazda siyasi sabitliyi, enerji imkanları və nəqliyyat-logistika potensialı ilə Avropa üçün əhəmiyyətli ölkədir. İki ölkə arasında siyasi dialoqun davamlı inkişafı qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir. Dövlət başçıları səviyyəsində keçirilən görüşlər zamanı regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq, enerji məsələləri və beynəlxalq münasibətlər gündəliyində duran mövzular müzakirə olunur.
Azərbaycan-Almaniya əlaqələrinin əsas istiqamətlərindən biri enerji sahəsində əməkdaşlıqdır. Azərbaycanın zəngin enerji resursları və Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə bu sahədə əməkdaşlığın əhəmiyyətini artırır. Azərbaycan-Almaniya əlaqələrinin əsas istiqamətlərindən biri enerji sahəsində əməkdaşlıqdır. Azərbaycanın zəngin enerji resursları və Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə bu sahədə əməkdaşlığın əhəmiyyətini artırır. Almaniya ilə əməkdaşlıq çərçivəsində ənənəvi enerji ilə yanaşı, bərpa olunan enerji, yaşıl texnologiyalar və enerji səmərəliliyi sahələrində də yeni imkanlar formalaşır.
Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya rəsmi səfəri iki ölkə arasında münasibətlərin inkişafında mühüm mərhələdir. İki ölkə liderlərinin siyasi iradəsi nəticəsində Azərbaycan-Almaniya münasibətləri yeni mərhələyə qədəm qoyur. Bu əlaqələr yalnız mövcud əməkdaşlığın qorunub saxlanılmasına deyil, həm də gələcəkdə yeni sahələr üzrə tərəfdaşlığın genişləndirilməsinə yönəlir. Dostluq və qarşılıqlı etimada əsaslanan münasibətlər hər iki ölkənin milli maraqlarına uyğun olaraq inkişaf etdirilir. Azərbaycan və Almaniya arasında formalaşan əməkdaşlıq modeli qarşılıqlı maraqlara, etimada və uzunmüddətli tərəfdaşlıq prinsiplərinə əsaslanır. Gələcəkdə də bu əlaqələrin daha da inkişaf etdirilməsi hər iki ölkənin regional və qlobal səviyyədə maraqlarına uyğun olacaq.
