YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Böyük Qayıdışa yol

Eldar Əsədov

YAP Tərtər rayon təşkilatının sədri

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir. Əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş Azərbaycan Ordusunun ənənələri dövlət müstəqilliyimizin bərpasından, xüsusən Ulu Öndərimiz Heydər Əliyevin  ikinci dəfə hakimiyyətə qayıdışından sonra inkişaf etmişdir. Müstəqil Azərbaycan Ordusunun yüksək səviyyədə inkişafı ümummilli liderimiz Heydər Əliyevin zəhmətinin bəhrəsidir ki, bu gün Azərbaycan Ordusunun tarixi qələbəsi Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər siyasətinin cənab Prezident tərəfindən ardıcıl olaraq ləyaqətlə həyata keçirilməsinin  nəticəsidir ki,  Azərbaycanda ordu  quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa  gətirib çıxarmışdır.

22 may 1998-ci il tarixdə  Azərbaycan Respublikası Prezidentinin  Fərmanına əsasən 26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələr günü elan  edilmişdir ki, həmin Azərbaycan Respublikasında Silahlı Qüvvələr Günü olaraq təntənəli şəkildə qeyd olunur.

Bu gün ordu quruculuğu prosesi Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Bunun nəticəsində Azərbaycan Silahlı Qüvvələri bu gün regionun modern texnika ilə təchiz edilən, Vətənin müdafiəsinə daim hazır olan yüksək nizam-intizama malik bir quruma çevrilib.

26 sentyabr 2020-ci il tarixdə başlanan 44 gülük Vətən müharibəsində və 2023-cü ilin sentyabr ayında başlanan 23 saatlıq antiterror əməliyyatında Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanımızın rəhbərliyi altında xalqımızın  uzun illərdir ki, gözlədiyi günə gətirib çıxardı. Belə ki, Rəşadətli Azərbaycan Ordusu əzəli və əbədi Qarabağ torpağını mənfur düşməndən – erməni faşistlərindən azad etdi. Tarixi qələbənin qazanılmasında orduda xidmət edən Azərbaycan gəncləri böyük qəhrəmanlıqlar göstərərək, xalqımızın zəfər salnaməsinə öz adlarını yazdırıblar. Bu möhtəşəm Zəfər nəticəsində 30 ilə yaxın davam edən Qarabağ münaqişəsinə son qoyuldu. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, qalib Milli Ordumuz düşmənə heç vaxt unutmayacağı dərsi verdi.

Bu gün Silahlı Qüvvələr Gününü məhz bu uğurumuzun-torpaqlarımızın işğaldan azad olunmasının sevincini yaşayaraq qeyd edirik. 26 İyun- Silahlı Qüvvələr Günündə 106 yaşlı ordumuzun keçdiyi inkişaf yolunu bir yazıda əhatə etmək mümkün olmasa da, reallıq budur ki, Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer alıb, 44 günlük İkinci Qarabağ müharibəsində tarix yazıb, işğala son qoyaraq, Böyük Qayıdışa yol açıb.

DİGƏR Xəbərlər Arxiv