Xəbərlər
YAP Qusar rayon təşkilatının yeni təyin olunmuş sədri ictimaiyyətə təqdim edilib
Yeni Azərbaycan Partiyası (YAP) Qusar rayon təşkilatının yeni təyin olunmuş sədri Kamran Əmirov ictimaiyyətə təqdim edilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri düzülüb.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Orxan Bayramov, Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, YAP Qusar rayon təşkilatının sabiq sədri David İbramxəlilov, rayon Ağsaqqallar Şurasının sədri Sənan Xəlilov və partiya veteranı Əliyulla Ağalarov Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının ölkənin siyasi tarixində dönüş nöqtəsi olduğunu deyiblər. Vurğulanıb ki, ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyası dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ictimai-siyasi sabitliyin və milli maraqların təmin olunmasında mühüm rol oynayıb. Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının ölkəmizi daim irəliyə apararaq Azərbaycanın hərtərəfli inkişafına mühüm töhfələr verdiyi qeyd olunub.
Sonra partiyanın Qusar rayon təşkilatının sədri Kamran Əmirov ictimaiyyətə təqdim edilib və onun fəaliyyəti haqqında ətraflı məlumat verilib.
YAP Qusar rayon təşkilatının sədri Kamran Əmirov göstərilən etimada görə Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə minnətdarlığını bildirib, üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə və məsuliyyətlə gələcəyini deyib.
