Xəbərlər
Şəhidlər qürur mənbəyimizdir!
Vətən müharibəsi şəhidi Baxşəliyev Natiq Saleh oğlunun doğum günündə əziz xatirəsi anılıb.
Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri şəhidin məzarını ziyarət edib, məzarı önünə tər güllər düzüblər.
44 günlük Vətən müharibəsində misilsiz şücaət göstərən şəhidlərin mənalı ömür yolunun gənc nəsil üçün örnək olduğu bildirilib.
