Xəbərlər
YAP Xaçmaz rayon təşkilatının yeni təyin olunmuş sədri ictimaiyyətə təqdim edilib
Yeni Azərbaycan Partiyası (YAP) Xaçmaz rayon təşkilatının yeni təyin olunmuş sədri Emil Tağıyev ictimaiyyətə təqdim edilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə tər güllər düzülüb.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Orxan Bayramov, Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Anar Oruclu, YAP Xaçmaz rayon təşkilatının sabiq sədri Məhəmməd Balaqadaşov, partiya veteranları Məhərrəm Abbasov, Sürəyya Əmirova və Abasyar Heydərov Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu, zəngin siyasi və dövlətçilik təcrübəsinə söykənən Yeni Azərbaycan Partiyasının ölkədə ən güclü və monolit siyasi təşkilat olduğunu deyiblər.
Vurğulanıb ki, dünənin, bu günün və gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyası regionun ən nüfuzlu siyasi partiyası olmaqla yanaşı, ölkəmizin əldə etdiyi bütün nailiyyətlərdə və qazanılan qələbələrdə xüsusi rol oynayır. Bu gün Ümummilli Liderin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP böyük gücə çevrilib.
Sonra partiyanın Xaçmaz rayon təşkilatının sədri Emil Tağıyev ictimaiyyətə təqdim edilib və onun fəaliyyəti haqqında ətraflı məlumat verilib.
YAP Xaçmaz rayon təşkilatının sədri Emil Tağıyev çıxış edərək göstərilən etimada görə Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə minnətdarlığını bildirib, üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə və məsuliyyətlə gələcəyini deyib.
