YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəngilan rayonundan olan seçicilərlə növbəti görüş keçirilib

2024 – cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 17-də Sabirabad rayonunda  məskunlaşmış zəngilanlı seçicilərlə görüş keçirilib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə “Qalib xalqın, qalib Lideri ” adlı videoçarx nümayiş olunub.

Görüşdə Yeni Azərbaycan Partiyası Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə, təbliğat qrupunun üzvləri Fizuli Hüseynov və Ağa Qasımzadə çıxış ediblər.

Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu son 20 ildə bütün sahələrdə uğurla davam etdirən cənab İlham Əliyevin atdığı addımlar, müəyyən etdiyi inkişaf strategiyası Azərbaycanın qabaqcıl ölkələr sırasında yer almasını şərtləndirib. Qeyd olunub ki, Vətən Müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Dəmir Yumruğu” ilə qazanılan böyük Qələbə Azərbaycan tarixinin ən parlaq səhifəsidir.

Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və hər bir azərbaycanlıya qələbə sevincini bəxş etmiş Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Görüşdə çıxış edən seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək  xalqımıza Zəfər sevinci yaşadan cənab İlham Əliyevə səs verəcəklərini bildirdilər.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.