YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Tərtər rayon təşkilatında görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatında “Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsində 3-cü yerə layiq görülmüş Əsəd Məmmədov adına Tərtər şəhər 1 nömrəli tam orta məktəbin X sinif şagirdi Ağalarov Samir Sahib oğlu ilə görüş keçirilib.

Rayon təşkilatının sədri Eldar Əsədov Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib. O qeyd edib ki, gənclərimizin elmə, təhsilə, texnologiyaya marağının artması, beynəlxalq və respublika səviyyəli müsabiqələrdə uğurlar qazanması sevindirici haldır.

Yarışda göstərdiyi yüksək nəticəyə görə Samir Ağalarov YAP Tərtər rayon təşkilatı tərəfindən fəxri fərmanla təltif edilib.