YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Xalqın taleyinə yazılmış böyük ömür”

Yeni Azərbaycan Partiyası (YAP) Kəlbəcər rayon təşkilatı Samux rayonunun Kolayır kəndində fəaliyyət göstərən Şərqi Zəngəzur Regional Təhsil İdarəsi Kəlbəcər rayon 88 nömrəli tam orta məktəbində Ulu Öndər Heydər Əliyevin irsinə həsr olunmuş “Xalqın taleyinə yazılmış böyük ömür” mövzusunda tədbir keçirib.

Tədbir Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, məktəbin direktoru, ərazi partiya təşkilatının sədri Ofelya Muxtarova və digərləri Ulu Öndər Heydər Əliyevin həm sovet dövründə, həm də müstəqillik illərində dövlət və xalq üçün göstərdiyi misilsiz xidmətlərdən danışıblar. Qeyd edilib ki, Ulu Öndər Azərbaycan dövlətçiliyinin ən çətin və taleyüklü mərhələlərində xalqımızın nicat yolu olmuş, müstəqilliyin qorunması, sabitliyin bərpası və parçalanma təhlükəsinin aradan qaldırılması istiqamətində əvəzsiz tarixi missiya yerinə yetirmişdir.

Natiqlər bildiriblər ki, Heydər Əliyevin 1993-cü il iyunun 15-də xalqın israrlı tələbi ilə siyasi hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyinin xilası, müstəqilliyin möhkəmləndirilməsi və ölkənin gələcək inkişafının təməlini qoyan dönüş nöqtəsi olmuşdur. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan siyasi böhrandan çıxaraq sabitlik və inkişaf yoluna qədəm qoymuş, sonrakı illərdə regionda lider mövqeyə yüksəlmiş və bu strateji xətt xalqımızı Böyük Zəfərə aparan güclü dövlət əsaslarını formalaşdırmışdır.

Çıxışlarda vurğulanıb ki, bu gün Ulu Öndərin siyasi irsi onun layiqli davamçısı - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab Prezidentin qətiyyətli liderliyi, müdrik siyasəti və düzgün strateji qərarları nəticəsində ölkəmiz müstəqilliyini daha da möhkəmləndirib, suverenliyini tam bərpa edib və dünya miqyasında söz sahibi olan güclü dövlətə çevrilib. Onun rəhbərliyi altında Azərbaycan siyasi, iqtisadi və hərbi sahələrdə misilsiz nailiyyətlər əldə edib, qlobal proseslərdə etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirib.

Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərmanlar təqdim olunub.

DİGƏR Xəbərlər Arxiv