YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Gəncə şəhər təşkilatında Beynəlxalq Könüllülər Günü qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatında 5 Dekabr - Beynəlxalq Könüllülər Günü münasibəti ilə gənclərlə görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov gəncləri Beynəlxalq Könüllülər Günü münasibəti ilə təbrik edib. Bayram Aslanov 2020-ci il ölkəmizdə “Könüllülər ili” elan edildikdən sonra bu sahənin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu qeyd edərək gənclər arasında könüllülük fəaliyyətinin artıq ənənəyə çevrildiyini deyib. “Ölkəmizin ev sahibliyi etdiyi irimiqyaslı tədbirlərdə könüllü fəaliyyət göstərən gənclərimizin böyük uğura imza atmaları Prezident İlham Əliyevin könüllülərin fəaliyyətinə verdiyi yüksək qiymətin bariz nümunəsidir”.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə bu gün ölkəmizdə sağlam düşüncəli, dövlətçilik ideyalarına sadiq, vətənpərvər yeni nəslin formalaşdığını söyləyib: “Gənclərin cəmiyyətdə fəallığı, idarəetmədə rolu artır, onlara mühüm rəhbər vəzifələr etibar olunur, seçkili orqanlarda iştirak üçün geniş imkanlar yaradılır. Gənclərimiz könüllü fəaliyyətdə olduğu kimi, beynəlxalq arenalarda da ölkəmizi fəal şəkildə təmsil edirlər”.

Sonda bir qrup könüllü gəncə təşəkkürnamə və hədiyyə təqdim edilib.