YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatının yığıncağı keçirilib

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatı üzrə “Məişət Maye Qaz” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ərazi partiya təşkilatında tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev çıxışında ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğu, ərazi bütövlüyünün təmin olunması istiqamətində görülən işlərdən bəhs edib. Ramil Mirzəyev bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dövlət müstəqilliyi daha da möhkəmlənib, dövlətçilik ənənələri inkişaf etdirilib və vətəndaşların rifahının artırılması istiqamətində mühüm nəticələr əldə olunub.

Ərazi partiya təşkilatının sədri, “Məişət Maye Qaz” QSC-nin direktor müavini Elşən Salmanov ölkəmizin enerji təhlükəsizliyi sahəsində görülən işlərdən, bu sahədə dövlət siyasətinin uğurlu nəticələrindən danışıb. O qeyd edib ki, cəmiyyətin inkişafı və dövlətin dayanıqlılığı üçün sabitlik və təhlükəsizlik mühüm şərtdir, bu baxımdan Azərbaycan dünyanın ən nümunəvi ölkələrindən biridir.

“Məişət Maye Qaz” QSC-nin əməkdaşı Sabir Xanlarov çıxışında Azərbaycanın energetika sahəsində əldə etdiyi tarixi nailiyyətləri diqqətə çatdırıb. O bildirib ki, dövlət suverenliyinin təmin olunması ölkəmizin regional mövqeyini daha da gücləndirib.

Tədbirin davamında təşkilati məsələlər müzakirə edilib. Sabir Xanlarov YAP Xətai rayon təşkilatının Mehdi Mehdizadə küçəsi 46 ünvanı üzrə ərazi partiya təşkilatının sədr müavini seçilib.

Səmərəli fikir mübadiləsi və qarşılıqlı müzakirələr şəraitində keçən tədbir “Məişət Maye Qaz” QSC-nin 65 illik yubileyinə həsr olunmuş filmin nümayişi ilə yekunlaşıb.