Xəbərlər
Sabirabadda Beynəlxalq Könüllülər Günü qeyd olunub
Yeni Azərbaycan Partiyası (YAP) Sabirabad rayon təşkilatında 5 Dekabr -Beynəlxalq Könüllülər Günü münasibətilə tədbir təşkil olunub.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov könüllülük hərəkatının nəzərəçarpacaq yüksəlişinin Ümummilli Liderin adı ilə bağlı olduğunu deyib. XXI əsrin əvvəllərində isə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda könüllülük fəaliyyəti davamlı inkişaf yoluna qədəm qoydu.
Könüllülərdən Ləman Qarayeva və Turanə Kərimova çıxış edərək partiyanın Sabirabad rayon təşkilatında həyata keçirilən layihələrdə iştirakları və əldə etdikləri təcrübələr barədə danışıblar.
Sonra könüllülərin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Tədbirin sonunda YAP Sabirabad rayon təşkilatı tərəfindən bir neçə fəal könüllüyə təşəkkürnamə təqdim edilib.
