YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

BMT-nin baş katibi Dağlıq Qarabağ münaqişəsinin indiyədək həll olunmamasından narahatlığını bildirib

BMT-nin baş katibi Pan Gi Mun Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının plenar iclasında çıxışından sonra parlamentarilərin suallarını cavablandırıb.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva baş katibə sualında əvvəlcə Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən zəbt olunduğunu, BMT Təhlükəsizlik Şurasının bu məsələ ilə əlaqədar dörd qətnamə qəbul etməsinə baxmayaraq işğalın hələ də davam etdiyini xatırladıb. O, rəsmi Yerevanın bu qətnamələri yerinə yetirməsi üçün BMT-nin hansı tədbirlər görə biləcəyini soruşub.

BMT-nin baş katibi Pan Gi Mun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin indiyədək həll olunmamasından narahatlığını bildirib. O, münaqişənin yalnız sülh yolu ilə həllinin tərəfdarı olduğunu söyləyib. Baş katib cəbhə xəttində atəşkəsin mütəmadi olaraq pozulmasının, hər iki tərəfdən insan itkilərinin baş verməsinin onu narahat etdiyini deyib. O, hər hansı hərbi qarşıdurmanın iki ölkə və ümumilikdə bütün region üçün ağır nəticələrə gətirib çıxaracağını qeyd edib.

Pan Gi Mun deyib: “Bu münaqişənin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Burada əsas ideya tərəflər arasında dialoqun aparılması və davamlı həllin əldə olunması üçün səylərin davam etdirilməsidir”.

 

DİGƏR Xəbərlər Arxiv