YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bahar Muradova: Böyük dövlətlər bu kimi münaqişələrin Avropanın maraqlarına birbaşa təhdid olduğunu anlamaqdadırlar

«Azərbaycan tərəfinin Qarabağ məsələsinin həlli istiqamətində təklif etdiyi məsələlərdən biri daim bundan ibarət olub ki, Minsk konfransına daxil olan ölkələrin imkanlarından istifadə etmək lazımdır». Bu fikri Milli Məclisin sədr müavini Bahar Muradova deyib.

B.Muradova bildirib ki, bu təklifə baxmayaraq ATƏT-in  Minsk qrupu, onun həmsədrlər institutu  bu məsələni öz monopoliyasına alıb. Amma münaqişəni  nə həll edə bilir, nə də digərlərini prosesə yaxın buraxır, ona görə də, məsələ ölü nöqtədən tərpənmir. Onun sözlərinə görə, əgər Minsk qrupu və həmsədrlər institutu formatının dəyişilməsi təklif edilirsə, o zaman onun dəyişməsi üçün ciddi addımlar atmalıdır. 

«Bu addımlardan biri kimi də digər ölkələrin həmsədrlər institutuna cəlb edilməsi lazımdır. Məsələn, İtaliya vaxtı ilə  bu məsələyə çox maraq göstərdi, bu məsələdə öz rolunu ifa etmək istədi. Bununla yanaşı, qardaş Türkiyə də bu məsələdə öz köməkliyini göstərmək istəyir. Bu onu göstərir ki, böyük dövlətlər bu kimi münaqişələrin Avropanın maraqlarına birbaşa təhdid olduğunu anlamaqdadırlar. Əgər bir neçə il, Ukrayna hadisələrindən əvvəl bunu yalnız Azərbaycanın problemi və yaxud da regionun problemi kimi qəbul edirdilərsə, artıq bu gün görürlər ki, bu tip məsələlər regionun problemi olmaqdan çıxıb, artıq dünyanı təhdid edir»- deyə, vitse-spiker vurğulayıb.