Xəbərlər
YAP Gəncə şəhər təşkilatının ərazi partiya təşkilatında tədbir keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının 22 saylı (“Aztelekom” MMC-nin Qərb Regional filialı) ərazi partiya təşkilatında tədbir keçirilib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov və digərləri Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyasının ümumxalq partiyası kimi böyük nüfuz qazandığını, ölkənin inkişafı naminə yeni hədəflərin reallığa çevrilməsi istiqamətində ardıcıl addımlar atdığını vurğulayıblar. Qeyd edilib ki, bu gün də YAP-ın fəaliyyətində Ümummilli Lider Heydər Əliyevin ideya və arzuları yaşayır və bu siyasi kurs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfərdən sonra yaranan yeni reallıqlar fonunda Prezident, YAP Sədri, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yeni hədəflərə doğru inamla irəliləməsi bunun bariz nümunəsidir.
Daha sonra təşkilati məsələlərə baxılıb. Mirdamət Cabbarlı ərazi partiya təşkilatının sədri, Mətanət Məmmədova isə sədr müavini seçilib.
