Xəbərlər
Partiya veteranı ilə görüş keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Ağdam rayon təşkilatında uzun illər rayon təşkilatının ictimai-siyasi həyatında fəallıq göstərmiş partiya veteranı Əliyev Rafiq Teyqubad oğlunun 75 illik yubileyi münasibətilə görüş keçirilib.
YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev yubilyarı təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür, səadət dolu günlər arzulayıb. O, partiya veteranlarının Ümummilli Lider Heydər Əliyev ideyalarının və zəngin dövlətçilik irsinin gənc nəslə aşılanması, Prezident İlham Əliyevin siyasətinin təbliği istiqamətində səmərəli fəaliyyəti ilə fərqləndiklərini deyib.
Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Xəqani Nəzərov, Rayon Ağsaqqallar Şurasının sədri Əvəz Mikayılov, rayon ziyalıları Nazim Talıbov, Fəqani Səfərov və digərləri də yubilyarı təbrik edərək ona gələcək işlərində uğurlar arzulayıblar.
Yubilyar Rafiq Əliyev göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib, Yeni Azərbaycan Partiyası sıralarında təmsil olunmasının və uzun illər partiyanın təbliğatındakı fəaliyyətinin onun üçün böyük qürur olduğunu söyləyib.
Sonda yubilyara partiya dəyərlərinin təbliğində aktiv iştirakına görə fəxri fərman təqdim olunub.
