YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Azərbaycan sabitlik və təhlükəsizlik məkanıdır”

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatında “Azərbaycan sabitlik və təhlükəsizlik məkanıdır” mövzusunda dəyirmi masa keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, eləcə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov bildirib ki, dünyada və regionda baş verən mürəkkəb proseslərə baxmayaraq, Prezident İlham Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan uğurla inkişaf edir, xalq-iqtidar birliyi daha da möhkəmlənir, ölkəmiz bu gün dünyada və bölgədə sabitlik məkanı kimi tanınır.

G.Bayramov qeyd edib ki, müasir mərhələdə inkişafın Azərbaycan modelinin səciyyəvi xüsusiyyətlərindən biri bütün sahələrdə tərəqqiyə xidmət edən ardıcıl, çoxşaxəli və kompleks xarakterli islahatların həyata keçirilməsidir. Bu islahatların effektivliyini təmin edən əsas strateji amil isə Prezident İlham Əliyevin güclü siyasi iradəsidir.

Daha sonra dəyirmi masada çıxış edən ərazi partiya təşkilat sədrləri Kəmalə Xəlilova, Rasim İmamquliyev və Gülmira Nəbiyeva Azərbaycan vətəndaşlarının layiqli həyat şəraitinin təmin edilməsində, sosial rifahın yüksəldilməsində və inkişafın davamlılığında təhlükəsizlik və sabitlik mühitinin mühüm rol oynadığını vurğulayıblar.