YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Ağdaş rayon təşkilatının 31 illiyi qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Ağdaş rayon təşkilatının yaradılmasının 31-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılan abidəsi ziyarət edilib, abidə önünə tər gül dəstələri düzülüb.

Tədbirdə Ulu Öndər Heydər Əliyev və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov Yeni Azərbaycan Partiyasının ötən dövr ərzində şərəfli və məsuliyyətli yol keçdiyini, öz siyasi xətti və fəaliyyəti ilə xalqın partiyasına çevrildiyini deyib. 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən YAP-ın təsis konfransının tarixi əhəmiyyətindən bəhs edilib, Ümummilli Lider Heydər Əliyevin zəngin irsi əsasında Prezident, partiyanın Sədri İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin qüdrətinin və beynəlxalq nüfuzunun artdığı bildirilib.

YAP Ağdaş rayon təşkilatının ideoloji işlər üzrə məsləhətçisi Anar Şahmuradov rayon təşkilatının fəaliyyəti, gördüyü işlər barədə məruzə ilə çıxış edib.

Ağdaş Rayon İcra Hakimiyyəti başçısının müavini Aynur Novruzova, partiya veteranı Qalib Həsənov, partiya fəalları Azadə Kərimova, İbrahim Əfəndiyev, Könül Musayeva və Ülkər Əzizova çıxış edərək YAP-ın ölkənin ictimai-siyasi həyatındakı mühüm rolundan danışıblar. Bildirilib ki, partiyaya olan yüksək ictimai etimad Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin apardığı siyasətə olan inamın nəticəsidir.

Tədbirin sonunda bir qrup partiya fəalına fəxri fərman təqdim edilib.