Xəbərlər
Yan Mladek: Azərbaycandan uzunmüddətli qaz tədarükündə maraqlıyıq
Çexiya Azərbaycandan uzunmüddətli qaz tədarükündə maraqlıdır.
Bunu jurnalistlərə Bakıda rəsmi səfərdə olan Çexiyanın sənaye və ticarət naziri Yan Mladek deyib.
“Bu, qaz kəmərləri inşa edilib, istifadəyə verildikdən sonra mümkün olacaq. Hazırda Çexiya Azərbaycandan neft idxal edir. Ötən il neft idxalının 31,5 faizi Azərbaycan nefti hesabına təmin edilib. Bu gün Çexiya idxal etdiyi neftin 2/3 hissəsini Rusiyadan alır. Biz Azərbaycanla qaz sahəsində də uzunmüddətli əməkdaşlıqda maraqlıyıq”, - deyə Y.Mladek bildirib.
Çexiyalı nazir Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsinin inşasını və Azərbaycan qazının bu marşrutla ixracını dəyərləndirib, TANAP-ın ən real layihə olduğunu vurğulayıb.