Xəbərlər
Zakir Həsənov: Ermənistanın işğalçılıq siyasəti bölgədəki vəziyyətə mənfi təsir göstərir
Martın 3-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Yaponiyanın ölkəmizdəki səfiri Tsuquo Takahaşi ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, nazir regiondakı hərbi-siyasi vəziyyətdən söhbət açaraq Ermənistanın işğalçılıq siyasətinin bu gün də davam etdiyini, bunun nəticəsində sülh prosesinin yubandığını və danışıqların uzadılmasının bölgədəki vəziyyətə mənfi təsir göstərdiyini diqqətə çatdırıb.
Görüşdə Azərbaycan ilə Yaponiya arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsində qarşılıqlı marağın olduğu bildirilib, bununla bağlı fikir mübadiləsi aparılıb.