YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şirzad Abdullayev: Fondun fəaliyyətində əsas prioritetlərdən biri məcburi köçkünlərin sahibkarlıq fəaliyyətinə cəlb olunmasının stimullaşdırılmasıdır

«Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətində əsas prioritetlərdən biri məcburi köçkünlərin sahibkarlıq fəaliyyətinə cəlb olunmasının stimullaşdırılmasıdır. Bu  məqsədlə onlara dövlətin güzəştli kreditlər verilir, həm də bu istiqamətdə maarifləndirilir». Bu fikirləri Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev deyib.

Ş.Abdullayev bildirib ki, indiyədək 1451 məcburi köçkün sahibkara 34,5 milyon manat güzəştli kredit verilib. Onun sözlərinə görə, bu kreditlərin reallaşdırılması nəticəsində 3000-ə yaxın yeni iş yerinin yaradılması mümkün olub.

«Təkcə, 2014-cü ilin ötən dövrü ərzində 246 məcburi köçkün sahibkara 8,7 milyon manat güzəştli kredit  verilib ki, bu kreditlər hesabına 450-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur. Son illərdə məcburi köçkün sahibkarlar tərəfindən həyata keçirilən, yeni texnologiyaların tətbiqinə əsaslanan 7 investisiya layihəsinin maliyyələşdirilməsinə 24,3 milyon manat güzəştli kredit verilib»- deyə, Ş.Abdullayev vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv