YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda “Avropa irs günləri” layihəsi çərçivəsində tədbirlər keçiriləcək

Azərbaycan Respublikasının Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi çərçivəsində Bakıda “Avropa irs günləri” layihəsinin qeyd edilməsi münasibətilə tədbirlər keçiriləcək.

Hər il sentyabr ayının sonu oktyabrın əvvəllərində Avropa Şurası və Avropa İttifaqına üzv ölkələrdə qeyd edilən layihə maarifləndirici kampaniyalar, açıq qapı günləri, folklor gecələri, rəsmi açılışlar və etnoqrafik şənliklər formasında təşkil olunur.

Layihənin əsas məqsədi yerli və əcnəbi ziyarətçilərin mədəni irs obyektlərinə sərbəst girişini təmin etmək, tarix və mədəniyyət abidələrinin qorunması məsələlərinə geniş ictimaiyyətin diqqətinin cəlb olunması və milli mədəni irsin təbliğidir.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, bu çərçivədə nəzərdə tutulan ən mühüm tədbir oktyabrın 13-dən 17-dək layihəyə üzv bütün ölkələrin milli koordinatlarının iştirakı ilə keçiriləcək “Avropa irs günlərinin qeyd edilməsi: Bakı -2014” adlı tədbirdir.
“Yerli icmalar irsin Avropa ölçüsünü formalaşdırır” mövzusunda reallaşacaq tədbir çərçivəsində Avropada layihənin cari ili üçün yekunu, milli koordinatorların illik toplantısı və onlar üçün treninqlər keçirilməsi nəzərdə tutulub.

“Avropa irs günləri” (EHDs), Avropa vətəndaşları arasında əməkdaşlıq çərçivəsində kütləvi qeyd olunan mədəni təşəbbüslərdən biridir. 1985-ci ildə Avropa Şurası tərəfindən irəli sürülmüş bu təşəbbüsə 1999-cu ildə Avropa İttifaqı Komissiyası da qoşulub. Hər 2 qurum indiyədək bu proqramı birgə davam etdirirlər. Hər il sözügedən layihə 50 Avropa ölkəsində keçirilir və müəyyən olunmuş günlərdə ziyarətçilər üçün minlərlə abidələrə və tarixi yerlərə ödənişsiz giriş təmin edilir. Bu təcrübə ilə Avropa vətəndaşları yalnız mədəni irsin zənginliyindən zövq almır, eyni zamanda, indiki və gələcək nəsil üçün onların qorunmasına və vəziyyətinin yaxşılaşdırılması işlərinə fəal şəkildə cəlb olunur. Hər il təxminən 20 milyona yaxın insan bu təşəbbüsdən yararlanır.

 

DİGƏR Xəbərlər Arxiv