YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rafael Hüseynov: Azərbaycan QHT seçktorunda şəffaflığın təmin edilməsinin tərəfdarıdır

«Qeyri-hökumət təşkilatları institutu Azərbaycan kimi gənc demokratiya ölkələri üçün yeni olsa da, getdikcə cəmiyyət həyatında daha geniş yer tutmaqda, inkişaf etməkdədir. Azərbaycanda belə təşkilatların sayı Cənubi Qafqazın digər iki ölkəsində birlikdə olan QHT-lərin sayından xeyli çoxdur». Bu fikirləri Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Rafael Hüseynov təşkilatın payız sessiyasında çıxışı zamanı deyib.

R.Hüseynov bildirib ki, ölkəmiz QHT-lərin inkişafına münbit şərait yaradıb. Onun sözlərinə görə, dövlət müvafiq qanunlar çərçivəsində bu sektorun fəaliyyətinə lazımi dəstək verir.

«Lakin QHT şəbəkəsi ilə bağlı bir neçə məqam var ki, onlar bardədə ciddi düşünməyə ehtiyac duyulur. Təəssüf ki, araşdırmalar zamanı Azərbaycandakı bir sıra QHT-lərin də ciddi korrupsiya əməllərinə qurşandığı, xarici donorlardan alınmmış böyük həcmdə vəsaitlərin qeyri-qanuni istifadəsi halları müəyyənləşdirilib, belə qanunsuz əməllərlə məşğul olan bir şəbəkə ortaya çıxıb. Faktlar, sübutlar, inkarolunmaz dəlillər Azərbaycan hüquq mühafizə orqanları tərəfindən toplanıb, bu barədə AŞPA prezidenti Ən Brasörün sentyabr ayında baş tutan Bakı səfəri əsnasında ona müfəssəl məlumat verilib. Güman ki, istintaq prosesləri sona çatdıqdan sonra həmin məlumatlar geniş ictimaiyyət üçün də açıqlanacaq. Azərbaycan kənardan vəsaitlərin alınmasında tam şəffaflığın tərəfdarıdır. Lakin bəzi QHT-ləri şübhəli məqsədlərlə maliyyələşdirən qüvvələr belə bir şəffalığın əleyhinədir. Bu isə qanunazidd hərəkətlərdir»- deyə, R.Hüseynov vurğulayıb.