Gündəm
Prezident İlham Əliyev: Heç bir xarici qüvvə bizim iradəmizə təsir edə bilməz
“Bu gün Azərbaycan dünya miqyasında öz sözünü deyən ölkədir. Bizim siyasi iradəmiz ən yüksək kürsülərdə özünü göstərir. Heç bir xarici qüvvə bizim iradəmizə təsir edə bilməz. Bunun səbəblərindən biri bizim iqtisadi gücümüz və iqtisadi müstəqilliyimizdir. Əlbəttə, iqtidarın siyasi iradəsi kifayət qədər möhkəmdir. Xalq ilə iqtidar arasındakı birlik əsas şərtdir. Yəni, bu, bizim müstəqil həyatımızı şərtləndirən əsas amildir.” Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əsaslı yenidənqurmadan sonra İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının kollektivi ilə görüşündə səsləndirib.