YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mövlud Çavuşoğlu: İşğal olunmuş torpaqlarını azad etmək üçün siyasi və hərbi mübarizə Azərbaycanın haqqıdır

Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xəttində tez-tez atəşkəs rejimini pozması Azərbaycan torpaqlarının iyirmi faizinin işğal olunmasına dünya birliyinin biganə münasibətinin nəticəsidir.

Bu sözləri Türkiyənin Avropa İttifaqı üzrə naziri Mövlud Çavuşoğlu “TRT haber” televiziya kanalına müsahibəsində söyləyib.

Siyasətçi daha sonra deyib ki, işğal altında olan torpaqlarını azad etmək üçün siyasi və hərbi mübarizə aparmaq Azərbaycanın haqqıdır. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrləri fəallığı artırmalıdırlar. Dünya birliyi anlamalıdır ki, Dağlıq Qarabağ və bu cür münaqişələrin beynəlxalq hüquq çərçivəsində həllini tapmaması milli, dini və ərazi zəminində digər münaqişələrin yaranmasına səbəb olcaq.

DİGƏR Xəbərlər Arxiv