Xəbərlər
Azərbaycanın fond bazarı il ərzində iki dəfə artıb
2014-cü ilin yanvar-iyun aylarında Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə keçirilən birja əqdlərinin ümumi dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə iki dəfə artaraq 6,113 milyard manat təşkil edib.
Hesabat dövründə dövlət qiymətli kağızlar bazarı təqribən 3,99 milyard manat (54,8 faiz artım) təşkil edib. Korporativ qiymətli kağızlar bazarının dövriyyəsi isə 2,13 milyard manat (5,2 faiz artım) olub.