YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Zəngilan rayon təşkilatında görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Zəngilan rayon təşkilatında ərazi partiya təşkilat sədrlərinin iştirakı ilə görüş keçirilib.

Tədbir Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. 

YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası bu gün böyük siyasi gücə çevrilmişdir. O, xalqımızın daim dövlət başçısının ətrafında sıx birləşdiyini vurğulayaraq, bu həmrəyliyin ən parlaq nümunəsinin 44 günlük Vətən müharibəsində öz təsdiqini tapdığını diqqətə çatdırıb. Məhz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun gücü və xalqımızın birliyi sayəsində tarixi torpaqlarımız işğaldan azad edilmişdir. 

Rayon təşkilatının sədri, həmçinin 2021-ci il 5 mart tarixində keçirilmiş YAP-ın VII Qurultayının partiyanın fəaliyyətində yeni mərhələnin əsasını qoyduğunu xatırladaraq, qurultayda qəbul edilən qərarların partiyanın müasir çağırışlara uyğun inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. 

Məlumat verilib ki, YAP Zəngilan rayon təşkilatı əvvəlki illərdə olduğu kimi ötən dövr ərzində də fəaliyyətini partiyanın Nizamnamə və Proqramına, YAP Mərkəzi Aparatının tapşırıqlarına və yerli təşkilatlar haqqında əsasnamənin tələblərinə uyğun şəkildə qurub.

Ərazi partiya təşkilat sədrləri Kənan İmaməliyev, Rabil Həsənov, Sevinc Əsgərova və Zamiq Allahverdiyev çıxış edərək ərazi partiya təşkilatlarının fəaliyyətinin yeni mərhələdə daha sistemli şəkildə qurulmasının və müəyyən istiqamətlər üzrə işlərin genişləndirilməsinin vacibliyini vurğulayıblar.