Xəbərlər
Azərbaycanın müdafiə naziri MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün Astanaya gedib
Müdafiə naziri Zakir Həsənov Qazaxıstanın paytaxtı Astana şəhərinə yola düşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərinə yola düşüb. O, Müstəqil Dövlətlər Birliyi (MDB) Müdafiə Nazirləri Şurasının iyulun 4-də keçiriləcək növbəti iclasında iştirak edəcək.