Xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri Sabunçu rayonunun Ramana-Maştağa avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzaladı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı şəhəri Sabunçu rayonunun Ramana-Maştağa avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzaladı.
Sərəncama əsasən, səksən altı min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Ramana-Maştağa avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 2,5 milyon (iki milyon beş yüz min) manat ayrıldı.