YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dünyanın qabaqcıl ölkələri sırasında...

Amerika qitəsindəki bütün ölkələrdə yayımlanan Kolumbiyanın aparıcı xəbər telekanalı “NTN24”də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş süjet yayımlanıb.

Süjetdə Azərbaycan xalqının Ümummilli Liderinin anadan olmasının 100 illiyini təntənəli şəkildə qeyd etdiyi bildirilib.

Qeyd olunub ki, 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın təcavüzü və daxili çəkişmələrlə əlaqədar dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşdığı bir vaxtda Heydər Əliyev ölkədə müşahidə olunan dərin tənəzzülün qarşısını alıb, dövlətin dayanıqlı inkişaf yolunu müəyyən edib. Heydər Əliyevin şah əsəri olan müasir Azərbaycan 2020-ci ildə İkinci Qarabağ müharibəsində Zəfər qazanaraq erməni işğalına son qoyub. Görkəmli dövlət xadimi Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası və gələcəyə hesablanmış siyasi uzaqgörənliyi nəticəsində Azərbaycan bu gün dünyanın qabaqcıl ölkələrindən birinə çevrilib. Ulu Öndər Heydər Əliyevin siyasi kursu hazırda Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir.

Süjetdə, həmçinin bölgədə reallaşan qlobal miqyaslı layihələrin təşəbbüskarı olan Azərbaycanın beynəlxalq tədbirlərə də uğurla ev sahibliyi etdiyinə diqqət çəkilib. Azərbaycanın bütün dünyada multikulturalizm, tolerantlıq, inkişaf və tərəqqi nümunəsi kimi tanındığı vurğulanıb.

Həmçinin Azərbaycan xalqının Ümummilli Liderinin əziz xatirəsini hər zaman hörmət və ehtiramla yad etdiyi və ölkənin nadir memarlıq nümunələrindən olan Heydər Əliyev Mərkəzinin müasir müstəqil Azərbaycanın banisi Ulu Öndərin adını daşıdığı bildirilib.

Eyni zamanda, 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan olunduğu Kolumbiyanın kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb. Aparıcı yerli mətbu orqanları olan “Yeni Əsr” (El Nuevo Siglo) qəzetinin, “Al Press” xəbər agentliyinin internet səhifələrində də Ulu Öndərin 100 illik yubileyi ilə bağlı məqalələr dərc edilib.

DİGƏR Xəbərlər Arxiv