YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sarsılmaz dostluq nümunəsi

Samir Vəliyev

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri

Azərbaycan və Türkiyənin əlaqələri sarsılmaz dostluq və qardaşlıq prinsipinə əsaslanır. Bugünkü münasibətlərimiz  böyük  öndər Mustafa Kamal Atatürkün dediyi “Azərbaycanın kədəri - kədərimiz, sevinci - sevincimizdir” və  Ümummilli Liderimiz Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” fəlsəfəsinə əsaslanır. Azərbaycanla Türkiyə hər zaman bir birinin yanındadır. Xalqımız 44 günlük Vətən müharibəsində qardaş Türkiyənin dəstəyini heç vaxt unutmur və unutmayacaq.  Türkiyədə baş vermiş güclü zəlzələnin nəticələrinin aradan qaldırılmasında, xilasetmə işlərində dövlətimizin dəstəyi, zəlzələdən zərərçəkmiş insanlara yardım üçün vətəndaşlarımızın fədakarlığı birliyimizin sarsılmazlığını bir daha bütün dünyaya nümayiş etdirdi.

Biz bütün dünyaya bir daha nümayiş etdiririk ki, təkcə dövlətlərarası səviyyədə deyil, toplumlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur. Eyni zamanda, Türkiyə dövlətinin operativ və çevik addımları bir daha göstərdi ki, insan amili Türkiyə hökuməti üçün əsas məsələdir və bu ağır sınaq, eyni zamanda, Türkiyənin gücünü bir daha bütün dünyaya göstərəcək.

Bu gün biz Türkiyədə zəlzələdən keçən qısa müddət ərzində cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə hökumətinin ziyanın aradan qaldırılması istiqamətində kifayət qədər yol alındığının şahidiyik.

İnanırıq ki, qardaş Türkiyə dövləti və xalqı bu faciənin yaralarını sağaltmağı bacaracaq, üzləşdiyi acı sınaqdan şərəflə çıxa biləcək!

Qardaş Türkiyə bu gün dünyada söz sahibi olan dövlətdir. Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə AK Parti hakimiyyəti qardaş ölkəmizi daha da gücləndirib, bu gün dünyada Türkiyə ilə hesablaşmağa məcburdurlar. Bundan sonra da, böyük hədəflərimizə çatmaq üçün siyasi sabitlik və iqtisadi inkişafın qorunması çox önəmlidir. Bu istiqrarın saxlanılmasında cənab Ərdoğanın liderliyi böyük önəm kəsb edir.

Azərbaycan Prezidenti İlham Əliyevin qardaş ölkəyə son səfəri zamanı “TEKNOFEST” festivalında iştirakı və Türkiyə, onun Prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında söylədikləri münasibətlərin inkişafının göstəricisidir. Hər bir ölkənin uğuru və kədəri digərində də açıq şəkildə hiss olunur. Türkiyədə istehsal edilən hərbi sənaye məhsullarının dərhal Azərbaycana inteqrasiya edilməsi, İkinci Qarabağ müharibəsində ölkəmizə verilən dəstək, qardaş ölkədə baş verən təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında Azərbaycanın oynadığı rol hər iki ölkənin xalqlarını və dövlətlərini daha möhkəm birləşdirir. Əlbəttə, bütün bunlar bizlərə qarşı olan qüvvələri də çox narahat edir. Prezident İlham Əliyevin “TEKNOFEST”də iştirakı həm Rəcəb Tayyib Ərdoğana, həm də Türkiyəyə böyük dəstək nümayişi idi.

Dövlətimizin başçısı “TEKNOFEST”dəki çıxışında Türkiyənin hərbi sənayesi ilə bağlı gələcək əməkdaşlıq planlarını da açıqladı. Prezident İlham Əliyevin Azərbaycanda “Bayraktar” mərkəzinin açılmasına, səmalarımızda dünyanın son model hərbi təyyarəsi olan “Kızılelma”nın uçacağına ümidvar olduğunu bildirməsi bizim üçün mühüm, əhəmiyyətli məsələlərdir və gələcəkdə ölkəmizin təhlükəsizliyinin qarantıdır. Eyni zamanda, hər iki ölkə arasında münasibətlərin sürətli inkişafı regionumuzda da sülhün və təhlükəsizliyin qarantıdır.

Bu gün dünyanın diqqəti həm də mayın 14-də Türkiyədə keçiriləcək prezident seçkilərinə yönəlib. Qarşıdan gələn 14 May seçkilərində  Türk xalqının türk dövlətləri üçün, birlik və bərabərliyimiz üçün, Türkiyəmizin daha da güclü və qüvvətli olması üçün ən doğru seçimi edəcəyinə inanırıq!