YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Real addımlar atılmaqdadır

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

Azərbaycanın beynəlxalq nüfuzunun əsas göstəricilərindən olan ev sahibliyi etdiyi tədbirlər bu gün də ölkə və dünya mətbuatında geniş müzakirə edilir. Bu baxımdan martın 9-11 tarixlərində keçirilən, “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu müzakirəyə çıxardığı məsələrlə, həmçinin beynəlxalq əhəmiyyəti ilə diqqətdədir. Mart ayına təsadüf edən hər iki tədbir- Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü və X Qlobal Bakı Forumu iştirakçılarının say tərkibində nəzərə çarpan artımla da diqqətdə oldu.  Forum müzakirə üçün seçdiyi mövzu ilə hazırda dünyanı narahat edən məsələlərin həllinə nail olmaq üçün yolların araşdırılmasında əsas rol oynadı. Tədbirdə təhlükəsiz gələcəyin yol xəritəsi təqdim olundu. Bu günümüzün əsas məsələsi həmin yol xəritəsinə uyğun olaraq real addımları atmaqdır. Azərbaycan dövləti daim səylərin birləşdirilməsinə, təcrübə mübadiləsinin aparılmasına çağırışlar edib. Dövlət başçısı İlham Əliyev Forumda, həmçinin hər zaman aktuallığını qoruyan enerji təhlükəsizliyi məsələsinə də diqqəti yönəltdi.

Qeyd edək ki, bu gün Azərbaycanın iqtisadi və siyasi mövqeyinin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayan “Əsrin müqabiləsi”nin imzalanmasından öncə də ulu öndər Heydər Əliyev dünya təcrübəsinə əsasən bu çağırışı etmişdir ki, səylər birləşdirilmədən, təcrübə mübadiləsi aparılmadan heç bir ölkə təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. “Əsrin müqviləsi”nin uğurları bugünkü reallıqlarda, Azərbaycanın enerji diplomatiyasının davamlı uğurlarında özünün aydın ifadəsini tapır. Cənab İlham Əliyev Forumdakı çıxışında təkcə son iki ildə Azərbaycanın enerji sahəsində əməkdaşlığına işıq salan sənədlərə diqqəti yönəldərək bildirdi ki, biz Avropanın enerji xəritəsini neft və qaz boru kəmərlərinin inşası ilə artıq dəyişmişik, indi isə növbə yaşıl enerjini təmin edəcək elektrik xətlərinindir. Məlumat vermək istəyirəm ki, IX Qlobal Bakı Forumundan indiyədək Azərbaycan dünyanın bir neçə aparıcı enerji şirkətləri ilə müqavilə və anlaşma memorandumları imzalayıb. Bunun nəticəsində Azərbaycanda günəş və külək enerjisindən 25 qiqavat həcmində yaşıl enerji əldə olunacaq. Bu, gözəl nailiyyətdir, Azərbaycanı beynəlxalq yaşıl enerji bazarında vacib təchizatçıya və oyunçuya çevirəcək.

Forumda, həmçinin qlobal yoxsulluğun, bərabərsizliyin, iqlim böhranının və münaqişələrin simptomu kimi miqrasiyanın qarşısının alınması üçün tədbirlər əsas müzakirə mövzuları oldu. İştirakçılar Avropanın gələcəyi ilə bağlı təsəvvürlərini bölüşdülər.

Göründüyü kimi, Forumda müzakirə olunan hər bir məsələ Azərbaycanın real yanaşmasının təqdimatı oldu. Ölkəmiz daim birliyə, həmrəyliyə, əməkdaşlığa çağırışlar edir. Bu çağırışların özündə ehtiva etdiyi əsas ümid isə dayanıqlı sülhün təmin edilməsi əsasında regionun dayanıqlı inkişafına nail olmaqdır. Hazırkı dövr işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri ilə xarakterizə edilir. Tezliklə Böyük Qayıdış proqramı uğurla başa çatacaq, bu torpaqlarımızda həyat canlanacaq, malik olduqları iqtisadi potensialdan səmərəli istifadə etməklə Azərbaycanın dayanıqlı inkişafına töhfələr veriləcək. Yeni əməkdaşlıq formatları üçün yaradılan imkanlar sülh müqaviləsinin zəruriliyi məsələsini daha da qabardır.