YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əbədiyaşar qəhrəman!

Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Xocavənd rayonu Əmirallar kənd sakini Mirzəyev Elmin Əvəz oğlunun doğum günü qeyd olunub.

Xocavənd qəsəbəsində yerləşən Şəhidlər xiyabanında keçirilən anım tədbirində YAP Xocavənd rayon təşkilatının sədri Vüsal Hüseynov, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları öncə şəhidlərin məzarları önünə tər güllər düzüb, ruhlarına dualar oxuyub, əziz xatirələrini ehtiramla yad ediblər.

Çıxış edən Xocavənd RİH başçısı Eyvaz Hüseynov bildirib ki, Vətən müharibəsində iştirak edən xocavəndli gənclərdən 8-i döyüş əməliyyatlarında şəhidlik zirvəsinə ucalıblar. Torpaqlarımızın azadlığı uğrunda canından keçən oğullarımızın xatirəsinin daim qəlblərdə yaşayacağı söylənilib.

Qeyd edək ki, şəhid Elmin Mirzəyev 1995-ci il fevralın 20-də Xocavənd rayonu Əmirallar kəndində doğulub, 2020-ci il oktyabr 2-də Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.