YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Macarıstan səfəri iki ölkə arasında əməkdaşlığa böyük töhfə verəcək

Sahib Şükürov

Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri

Bu gün Azərbaycan heç zaman olmadığı qədər güclü və qüdrətlidir. Ölkəmizin beynəlxalq müstəvidə qazandığı uğurlar məhz ölkə Prezidenti İlham Əliyevin uğurlu xarici siyasət xəttinin məntiqi nəticəsidir. Azərbaycan müstəqil siyasət yürüdür və öz milli maraqları çərçivəsində, beynəlxalq hüquq normalarına əsaslanaraq öz siyasi mövqeyini ortaya qoyur. Bütün əldə olunan bu uğurların əsasını isə ölkə Prezidenti İlham Əliyevin yürütdüyü düzgün istiqamətdə seçilmiş xarici dövlət strategiyası təşkil edir. Məhz ölkə Prezidenti İlham Əliyevin uğurlu daxili və xarici siyasət xətti ölkəmizin bütün istiqamətlərdə inkişaf və tərəqqisinin əsasını təşkil edir.

Azərbaycan Türk və Ərəb ölkələri ilə yanaşı, Avropa İttifaqına üzv olan dövlətlərlə də həm siyasi, həm də iqtisadi sahədə sıx əlaqələr qurmağı bacarıb. Eyni zamanda Azərbaycan bölgədə və regionda etibarlı tərəfdaş kimi böyük potensiala malik olan bir dövlətdir və öz milli dövlətçilik maraqları çərçivəsində dünya arenasına uğurla inteqrasiya etməkdədir. Bu baxımdan Azərbaycan – Macarıstan əlaqələri xüsusi diqqət çəkir. Hazırda Bakı ilə Budapeşt arasında siyasi və iqtisadi əlaqələr yüksək səviyyədədir. Burada bir məqamı qeyd etmək lazımdır ki, ölkələrimiz arasında diplomatik əlaqələrin təməli 1992-ci ildən qurulsada, hazırda bu əlaqələr yüksələn xətlə inkişaf edir. Təbii ki, Azərbaycanla Macarıstan arasında siyasi əlaqələrin sistemli inkişafı iqtisadi münasibətlərin də möhkəmlənməsinə gətirib çıxarır. Bu inkişafı ölkələr arasında ilbəil artan ticarət dövriyyəsində də hiss etmək olur. İki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə, habelə iqtisadi sahəni əhatə edən bir sıra digər sənədlər iqtisadi əməkdaşlığın daha da möhkəmlənməsinə təsir göstərir. Digər tərəfdən Prezident İlham Əliyevin Macarıstana növbəti səfərini Bakı – Budapeşt əlaqələrində yeni mərhələnin başlanğıcı hesab etmək olar. Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. Həmçinin prezidentin məlum səfəri çərçivəsində Azərbaycanla Macarıstan arasında müxtəlif sahələrdə imzalanan sənədlər bu əlaqələrin inkişaf xəttini daha da gücləndirməkdir.

Macarıstan və Azərbaycan iki dost və tərəfdaş ölkə kimi bir-birini hər zaman dəstəkləyir və bu münasibətlərin konstektində qarşılıqlı əlaqələr həm ölkələrimiz üçün, həm də Avrasiya qitəsi üçün çox böyük önəm daşıyır. Əlaqələrin möhkəmləndirilməsi məqsədi ilə Azərbaycan prezidenti İlham Əliyev və Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan Respublikası ilə Macarıstan arasında genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməni imzalayıblar. İmzalanan sənədlər sırasına miqrasiya, dinc məqsədlərlə kosmik tədqiqat və kosmik fəaliyyətlər, bitki karantini və bitki mühafizəsi, təbii qaz əməkdaşlığı haqqında Anlaşma Memorandumu imzalanıb. Bundan başqa “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol”, Şuşa və Macarıstanın Vesprem şəhəri arasında dostluq əlaqələrinin təsis edilməsi eləcə də, mədəniyyət, turizm, şəhərsalma, elm, iqtisadiyyat və ictimai həyatın digər sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.Genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməni tərəflər ikitərəfli əməkdaşlığın bütün sahələri, həmçinin beynəlxalq və regional məsələlər üzrə strateji dialoqu davam etdirməyə hazırlıqlarını ifadə edirlər. Həmçinin enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ali səviyyədə müzakirə olunan mövzular arasındadır.

Azərbaycan – Macarıstan əlaqələri etibarlı tərəfdaşlıq əlaqələrinə, mehriban dostluq münasibətlərinə söykənir. Bu baxımdan cənab Prezidentin bu səfəri iki ölkə arasında əməkdaşlığa böyük töhfə verəcək, dostluq münasibətlərimizi daha da möhkəmləndirəcəkdir.