YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Sədrinin müavini Əli Əhmədov Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Malena Mardı qəbul edib

Bu gün Yeni Azərbaycan Partiyasının qərargahında Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini – icra katibi Əli Əhmədov Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Malena Mard ilə görüşüb.

Görüşdə YAP Sədrinin müavini Əli Əhmədov Yeni Azərbaycan Partiyasının Aİ ölkələrinin siyasi partiyaları ilə əlaqələrindən, Azərbaycan ilə Avropa İttifaqı arasındakı əməkdaşlıqdan bəhs edib. Yeni Azərbaycan Partiyasının qarşıdan gələn parlament seçkilərinə hazırlığı prosesi barədə məlumat verən YAP Sədrinin müavini ölkənin və partiyanın qarşısında dayanan prioritet sahələrə toxunaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyini qonaqların diqqətinə çatdırıb.

Öz növbəsində, Malena Mard Avropa İttifaqının müxtəlif sahələr üzrə Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.

Görüşdə Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin siyasi bölməsinin rəhbəri Toralf Pioz iştirak edib.