YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Maksim Şinqarkin: Azərbaycan Avropa dövlətlərinin çoxuna nümunə göstərə bilər

Biz bu gün Azərbaycanın Avropanın bir hissəsi olması reallığı ilə üzləşmişik. Avropalıların bu yaxınlara qədər Avropanın xəritəsində qəbul etmək istəmədiyi respublika siyasi cəhətdən o dərəcədə inkişaf edib ki, qitə miqyaslı iri tədbirlər Bakıda, Xəzər dənizinin sahillərində keçirilir. Bu sözləri RF Dövlət Dumasının deputatı, Dumanın Təbii ehtiyatlar, təbiətdən istifadə və ekologiya komitəsi sədrinin müavini Maksim Şinqarkin AZƏRTAC-ın müxbiri ilə söhbətində söyləyib.

M.Şinqarkinin fikrincə, bu, Avropa mədəniyyətinin Avropa üzərində “qəhvəyi taunun” dolaşdığı 70 il əvvəl təsəvvür edildiyindən xeyli geniş olmasının göstəricisidir. Deputat deyib: “Avropa Oyunları üçün Azərbaycana gələnlər əmin olacaqlar ki, bu Şərq mədəniyyəti həm Avropa mədəniyyətinin, həm də dünya sivilizasiyasının ayrılmaz tərkib hissəsidir. Yüksək inkişaf sürəti nümayiş etdirən, dövlətin hər bir vətəndaşının qayğısına qaldığı Azərbaycan Avropa ölkələrinin çoxuna nümunə göstərə bilər”.