YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Laçın-Şuşa yolunda etiraz aksiyası iştirakçılarının sayı artır

Laçın-Şuşa yolunda etiraz aksiyası iştirakçılarının sayı artır.

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Qarabağ ərazilərində faydalı qazıntıların talanmasının dayandırılmasını tələb edən aksiya iştirakçılarını dəstəkləməyə ölkənin müxtəlif regionlarından gənclər qrupu gəlir.

Aksiyanın keçirildiyi ərazidə qidalanma məntəqələri qurulub, mediamərkəz və tibbi məntəqə fəaliyyət göstərir.

Bu gün saat 18.13-də Laçından Xankəndi istiqamətində sülhməramlıların növbəti avtomobil karvanı yola düşüb. Aksiya iştirakçıları 8 ağıryüklü və 2 minik avtomobilinin keçməsinə şərait yaradıblar.