YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Talış kəndi uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman

Lerikdə Vətən müharibəsi şəhidi Mövlanov Elgün Tahir oğlunun anım mərasimi keçirilib.

Mərasimdə Yeni Azərbaycan Partiyası (YAP) Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə şəhid Elgün və Altay Mövlanov qardaşlarının xatirəsini əbədiləşdirmək üçün inşa edilmiş bulaq kompleksi, daha sonra şəhidlərin məzarları ziyarət olunub.

Qeyd edək ki, 2002-ci il aprelin 2-də Lerik şəhərində anadan olan Elgün Mövlanov 2020-ci il sentyabrın 29-da Talış kəndi istiqamətində gedən şiddətli döyüşlər zamanı qəhrəmancasına şəhid olub.

Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən Elgün Mövlanov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

DİGƏR Xəbərlər Arxiv