YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Şahdəniz-2” və CQBK-nin genişləndirilməsi layihələri Azərbaycanda 10 mindən artıq yeni iş yerlərinin açılmasına səbəb olacaq

“Şahdəniz-2” və Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsi layihələri Azərbaycanda 10 mindən artıq yeni iş yerlərinin açılmasına səbəb olacaq.

Bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev “Azərbaycan” qəzetində dərc olunan yazısında məlumat verib. “Şahdəniz-2” layihəsinin iqtisadi əhəmiyyətindən danışarkən R.Abdullayev bildirib ki, həyata keçiriləcək tikinti-inşaat və quraşdırma işlərinin əksər hissəsinin Azərbaycanda icra olunacağı xüsusi vurğulanmalıdır. Bu, ölkənin istehsalat və inşaat potensialını daha da artıracaq. 2018-ci ilədək layihə çərçivəsində iki platforma quraşdırılmalı, sualtı boru kəmərləri çəkilməli, Səngəçal terminalında texnoloji sahə artırılmalıdır. Bu məqsədlə Bakıdakı tikinti-quraşdırma meydançalarında texniki və texnoloji rekonstruksiya işləri aparılacaq, bir neçə gəminin texniki və funksional imkanları artırılacaq, “İstiqlal” və “Dədə Qorqud” qurğuları da təkmilləşdiriləcək. Sualtı tikinti işlərinin həyata keçirilməsi üçün inşa ediləcək yeni unikal çoxprofilli gəminin Bakı Gəmiqayırma zavodunda tikilməsi planlaşdırılır. “Şahdəniz-2” və Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsi layihələri Azərbaycanda 10 mindən artıq yeni iş yerlərinin açılmasına səbəb olacaq.