YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni reallıqlar və növbəti diplomatik nailiyyətlər

Mansur Quliyev

YAP Ağdam rayon təşkilatının sədri

Azərbaycan müasir beynəlxalq münasibətlər sisteminin fəal aktoru kimi Avropa, Asiya və bir çox region ölkələri ilə həm diplomatik, həm iqtisadi, həm də ticari və digər sahələr üzrə sıx əməkdaşlığa malik olan dövlətdir və bu da ölkəmizin beynəlxalq müstəvidə qazandığı diplomatik uğurdur.

Ümummilli lider Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısı olan Prezident İlham Əliyevin yorulmaz siyasi fəaliyyəti və qətiyyətli mövqeyi sayəsində Azərbaycan bütün istiqamətlərdə inkişaf edərək regionda və bölgədə böyük nüfuz sahibi olan ölkəyə çevrilib. Eyni zamanda, bu gün Azərbaycan bölgədə ən etibarlı siyasi, strateji tərəfdaş kimi bir çox inkişaf etmiş dövlətlərin marağına səbəb olub.

Azərbaycanın sıx siyasi və iqtisadi əlaqələrə malik olduğu Avropa ölkələrindən biri də İtaliyadır. Azərbaycan-İtaliya əlaqələri bir sıra özünəməxsus cəhətlərinə görə seçilir. Çünki İtaliya dövləti hər zaman Azərbaycanın milli dövlətçilik maraqlarına böyük hörmətlə yanaşıb və dünya siyasi arenasında ölkəmizi diplomatik istiqamətdə daim dəstəkləyib. Xüsusilə qeyd etmək lazımdır ki, İtaliya şirkətlərinin Qarabağın yenidən qurulmasında iştirakı dostluğumuzun bariz təzahürüdür.

Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin İtaliyaya rəsmi səfəri və səfər çərçivəsində Azərbaycan-İtaliya arasında ikitərəfli əmədaşlıq haqqında sənədlərin imzalanması Azərbaycan-İtaliya arasında yeni bir mərhələnin başlanğıcına təkan verdi və bu da ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolu və nüfuzundan xəbər verir.

Bəli, bu gün dünya bazarında Azərbaycanın təbii qaz ehtiyatlarına tələbat durmadan artmaqdadır və məhz bu amil ölkəmizin bir sıra Avropa ölkələri üçün etibarlı strateji tərəfdaş olmasının bariz nümunəsidir. Azərbaycan qazının dünya bazarlarına nəqli ölkəmizin gələcək inkişaf perspektivlərinə böyük zəmin yaradır.

Bu gün Azərbaycanın siyasi və iqtisadi potensialı artıb, eyni zamanda ölkəmiz regionda söz sahibi olan dövlətə çevrilib və yeni reallıqlar yaradıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu və dinamik xarici siyasət nəticəsində Azərbaycan müasir beynəlxalq münasibətlər sisteminin fəal aktoruna birinə çevrilib. Azərbaycan öz təbii sərvətlərinin sahibi kimi enerji sahəsində əməkdaşlıq əlaqələrini dövlət maraqları və qarşılıqlı faydalılıq prinsipləri əsasında reallaşdırır.