Xəbərlər
Birinci Avropa Oyunlarının məşəli Astarada alovlandı
Birinci Avropa Oyunlarının məşəli mayın 1-də günün ikinci yarısında Lerik rayonundan sonra Astaraya gətirildi.
Astara şəhərindəki Bayraq Meydanında məşəlin qarşılanma mərasimi oldu.
Mərasimdə aprelin 26-da Azərbaycan Prezidenti İlham Əliyevin, birinci xanım, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin və eləcə də 150-dən artıq qonağın iştirakı ilə Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirildi.
Birinci Avropa Oyunlarının məşəlindən götürülən alov Astaradan Yardımlı rayonuna yola salındı.