YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Zəngilan rayon təşkilatının təşəbbüsü ilə Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Zəngilan rayon 5,11,14,15,19 və 23 nömrəli tam orta məktəblərin yuxarı sinif şagirdlərinin iştirakı ilə “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə, YAP Gənclər birliyinin sədr müavini, Gənclərin İnkişaf və Karyera Mərkəzi Sumqayıt nümayəndəliyinin direktoru Sevinc Qasımova, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sektor müdiri Raqif Allahverdiyev, Zəngilan rayon Komissiyasının sədri Nizami Mönsümov, Zəngilan rayon Polis şöbəsinin əməkdaşları, Cinayət-axtarış qrupunun baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Bərxudar Şıxəliyev, Yetkinlik yaşına çatmayanların işləri üzrə profilaktik işinin təşkili qrupunun baş inspektoru polis mayoru Kəmalə Cəfərova, Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri, narkomaniya üzrə ekspert Emil Maqalov, Zəngilan Rayon İcra hakimiyyətində məsləhətçi-psixoloq Mətanət Həsənova, Sumqayıt şəhər Narkoloji Dispanserin həkim-narkoloqu Vüsal Cabbarov, Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V Qrant layihəsinin qalibi Günel Əliyeva, məktəb direktorları və psixoloqlar iştirak ediblər.  

Tədbirdə məktəblilərə narkomaniya haqqında məlumat verilib, onun ümumbəşəri bir problem olduğu, bu bəlaya daha çox zəif iradəli, aciz insanların meylləndiyi qeyd edilib. Bildirilib ki, narkomaniyaya qarşı mübarizəni gücləndirməklə gələcəyimizi, sağlamlığımızı qoruyur, dövlətçiliyimizi daha da möhkəmləndirmiş oluruq. Tədbirdə Azərbaycanın gələcəyi kimi dəyərləndirilən gənclərin sağlamlığının daim diqqətdə saxlanıldığı vurğulanıb, psixotrop maddələrin insan orqanizminə vurduğu zərərdən, yaratdığı fəsadlardan ətraflı bəhs olunub. Eyni zamanda tədbirdə o da diqqətə çatdırılıb ki, dünyada narkotik alveri ən çox gəlir gətirən üçüncü sahə hesab olunur. Dünyada milyonlarla, ölkəmizdə minlərlə insan bu bəladan əziyyət çəkir. Beynəlxalq statistikaya əsasən gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçilik hallarının yüksələn xətlə artması xüsusi narahatlıq yaradır. Narkomaniyaya və narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə Azərbaycan dövlətinin prioritet vəzifələrindən hesab olunur.

Tədbir müzakirə formatında davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.